🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

UEFA Qarabağ Oyununu İdarə Edən Hakimi Cəzalandırdı

26.10.2024 13:25 173 baxış sayı 1 dəq. oxuma
UEFA Qarabağ Oyununu İdarə Edən Hakimi Cəzalandırdı

Polşalı hakimlər Bartoş Frankovski və Tomas Musial, Çempionlar Liqasında “Reyncers” - “Dinamo” (Kiyev) oyunundan əvvəl baş verən hadisə səbəbindən cəzalandırılıblar.

Bildirilir ki, VAR hakimləri kimi təyin olunan Polşalı hakimlər içkili vəziyyətdə yol hərəkəti qaydalarını pozduqları üçün oyun əvvəli başqa hakimlər ilə əvəz olunublar. UEFA məsələni araşdıraraq hər iki hakimə 2025-ci ilədək diskvalifikasiya tətbiq edib.

Qeyd edək ki, Frankovski Azərbaycan komandalarının bir neçə oyunda baş hakim olub. O, keçən il Avstriya – Azərbaycan (4:1) oyununda, 2019-cu ildə “Dandalk” - “Qarabağ” (1:1), 2022-ci ildə “Qarabağ” - “Marsel” (0:3) və 2023-cü ildə “Partizan” - “Sabah” (2:0, p.5:4) oyunlarını idarə edib.

Paylaş: