
Ukraynada həlak olan pilotun adına təqaüd təsis ediləcək

Ukraynada Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev yazıb.
“Təyyarənin sərnişinlərinin həyatını xilas edən pilotlar arasında Aleksandr Kalyaninov da var. Aleksandr Kropivnitskidəki Ukrayna Dövlət Təyyarəçilik Akademiyasında magistratura pilləsini bitirib. Ukrayna Dövlət Təyyarəçilik Akademiyasının rəhbərliyi Ukraynanın xalq deputatı Roman Qrışçukun, eləcə də Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun dəstəyi ilə universitetin auditoriyalarından birinin Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adının verilməsinə qərar verib”, – o qeyd edib.
Diplomatın sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:
“Azərbaycanlılarının Birləşmiş Diasporu Ukrayna Dövlət Təyyarəçi Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Təyyarəçi Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüd təsis etmək imkanını da nəzərdən keçirir”.
“Qəhrəman pilotların xatirəsi əbədidir. Qoy ədalət naminə, onların xatirəsi və gələcəyi naminə bu fəlakətin təqsirkarlarının hamısı ən ağır cəzanı alsın”, – o vurğulayıb.
Xatırladaq ki, dekabrın 29-da AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqra...
Azəri Xəbər

Bu il “Hənifə Məlikova-Zərdabi” təqaüdünü qazanan...
Azəri Xəbər

Nazirliyin yubiley medalı təsis ediləcək
Bugun.az

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğradı -Ölən var
Bugun.az

KYK Təqaüd Nəticələri AÇIQLANDI - Tələbələrin Gözl...
Son Xeberler

Azərbaycanda yeni medal təsis edilir
Son Xeberler


