Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Ulduz futbolçu qərarını verdi - Arda detalı diqqət çəkdi

19.09.2025 07:25 27 baxış sayı 1 dəq. oxuma Metbuat
Ulduz futbolçu qərarını verdi - Arda detalı diqqət çəkdi

"Real Madrid"in futbolçusu Dani Sebalos klubda qalması barədə qərarından danışıb.

Metbuat.az xəbər verir ki, futbolçu bildirib ki, dünyanın ən yaxşı klubundan ayrılmaq asan deyil. Məlumata görə, "Marsel"ə transferi müzakirə edilən futbolçu “Real”da qalmağa qərar verib. Bildirilir ki, Sebalos “Marsel”in baş məşqçisi Roberto De Zerbiyə zəng edərək, onu transfer etmək istədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl Dani Sebalosun Arda Güler və Franco Mastantuonoya rəqabətdə uduzduğu üçün “Real”dan ayrıla biləcəyi irəli sürülmüşdü.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: