Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

UNESCO-nun yeni Baş direktoru seçildi

07.10.2025 02:25 24 baxış sayı 1 dəq. oxuma Metbuat
UNESCO-nun yeni Baş direktoru seçildi

2025-ci il oktyabrın 6-da BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) növbəti baş direktoru vəzifəsinə misirli Xalid əl-Ənani seçilib.

Metbuat.az xəbər verir ki, UNESCO-nun İcraiyyə Şurası çərçivəsində keçirilən səsvermə nəticəsində əl-Ənaniyə üstünlük verilib. O, fransalı Odri Azuleni əvəz edəcək. Əl-Ənaniyə 55 səs, onun əsas rəqibi – konqolu diplomat Edouard Firmin Matokoya isə cəmi 2 səs verilib. ABŞ səsvermədə iştirak etməyib.

Xalid əl-Ənani daha əvvəl Misirin Turizm və Qədim Abidələr naziri vəzifəsində çalışıb və ölkənin mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayıb.

Əl-Ənani noyabr ayında UNESCO-ya üzv olan 194 dövlətin rəsmi təsdiqindən sonra vəzifəyə rəsmən başlayacaq.

UNESCO-da bu seçki təşkilatın gələcək istiqamətini müəyyənləşdirəcək önəmli addım kimi qiymətləndirilir.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: