Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Valideynlərin nəzərinə - Fevralın 25-dən başlanılacaq

20.02.2025 10:25 117 baxış sayı 1 dəq. oxuma Metbuat
Valideynlərin nəzərinə - Fevralın 25-dən başlanılacaq

25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.

    Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

    Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

    S
    Texnologiya müxbiri

    ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

    Bütün məqalələrə baxın
    Paylaş: