
Vardanyana sərt cəza tələb edirlər

Latviya Seyminin deputatlarının təxminən beşdə bir hissəsi Ruben Vardanyana hökm çıxarılması zamanı yerli aspektlərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınması barədə bəyanatla çıxış edib.
Metbuat.az“Report”a istinadən xəbər verir ki, deputatlar Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkərək, onu “Putinin sponsor” və separatizmin tərəfdarı adlandırır, onun üçün sərt cəza tələb edirlər.
Onlar Vardanyanla bağlı çıxarılacaq hökmün postsovet məkanında Kreml yönümlü separatçılar üçün dərs olacağına ümidvar olduqlarını bildiriblər.
Deputatlar bəyanatlarında “Vardanyanın fəaliyyətinin müxtəlif vaxtlarda müxtəlif ölkələrin siyasətçiləri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq media tərəfindən diqqət çəkdiyini və pislənildiyini” xatırladırlar.
Oliqarx 2023-cü ilin payızından Bakıda həbsdədir. O, həbsdən əvvəl rəhbərlik etdiyi tanınmamış separatçı qurumun ərazisindən Ermənistana qaçmağa cəhd edərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Qarabağda saxlanılıb. Vardanyan terrorizm, qanunsuz silahlı birləşmələrin təşkili və maliyyələşdirilməsi, hərbi cinayətlər və məcburi deportasiyada ittiham olunur.
“CNN Prima News” həmçinin vurğulayır ki, altı il bundan əvvəl Avropa İttifaqının sanksiyalarından yayınmağa cəhd göstərməsinə baxmayaraq, qondarma Qarabağdakı erməni separatçıların keçmiş rəhbəri indi Azərbaycanda məhkəmə qarşısına çıxarılıb və onu ömürlük həbs gözləyir.
Oxşar xəbərlər

Azərbaycanda həbsxanada yanğın
Son Xeberler

XƏBƏRDARLIQ: Cərimələr sərtləşdirilə bilər -
Son Xeberler

ABŞ və Çin arasındakı gərginlik: Google araşdırma...
Texnologiya xəbərləri

Sərt karantin rejimi avqustun 5-də bitir? –
Son Xeberler

Sərt karantin rejiminə baxmayaraq, Bakıdan rayonla...
Son Xeberler

Gələn aydan bizi YENİ QADAĞALAR gözləyir? -
Son Xeberler