
Vəfat edən tələbə ilə bağlı təsirli fakt - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi Balabacı Manafova dəm qazından zəhərlənərək vəfat edib.
Xaçmaz rayon sakini olan, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib. O ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra, paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, B.Manafova vəfat edib.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurubmuş.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
Oxşar xəbərlər

3-cü kurs tələbəsi qəfil vəfat etdi - FOTO
Bugun.az

Soyunaraq etiraz edən qadın psixiatriya xəstaxanas...
Xəbər Anı

ÜZÜCÜ XƏBƏR: azərbaycanlı məşhur qəflətən vəfat et...
Son Xeberler

47 yaşlı müəllim qəfil vəfat etdi - FOTO
Bugun.az

Universitetin magistrantı vəfat etdi - FOTO
Bugun.az

Tamınmış aktrisa vəfat edib
Xəbər Anı