
Volkan Konakın vəsiyyəti gündəm oldu

Ötən gün vəfat edən məşhur türkiyəli sənətçi Volkan Konakın vəsiyyəti gündəm olub.
Metbuat.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, sənətçinin 2020-ci ildə "Vəsiyyətim" adı ilə verdiyi açıqlama ölümündən sonra yenidən müzakirə mövzusuna çevrilib.
Konserti zamanı bununla bağlı danışan Volkan Konak torpağa basdırılmaq istəmədiyini dilə gətirmişdi.
"Siz sevənlərimə vəsiyyətimdir, nə olar, mən öləndə basdırmasınlar məni torpağa. Yandırsınlar bütün bədənimi. Və bir qutuya qoyub Qara dənizimin üzərinə bir helikopterlə səpsinlər bütün külümü. Xüsusilə də Trabzonumun üzərinə", - deyə Konak bildirmişdi.
Xatırladaq ki, müğənni Volkan Konak Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı vəziyyəti pisləşib və huşunu itirərək yıxılıb. İnfarkt keçirən sənətçi xəstəxanaya yerləşdirilib, lakin bütün müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər

Volkan Demirelin yeni klubu bəlli oldu
Xəbər Anı

DƏM Partiyasının Əş-Başqanından Tuncelidə Çağırış:...
Son Xeberler

Haalandın tək qab yeməyi: Qol rekordundan sosial m...
Son Xeberler

Paşinyanın Yeni İmajı: "Nə Oldu Paşinyan?"
Son Xeberler

Ançelottinin Ardanın üzünə dediyi sözlər gündəm ol...
Bugun.az

Prezident Erdoğanın sədrliyi ilə keçiriləcək iclas...
Son Xeberler