Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“WhatsApp”da videolarla bağlı yenilik - 3 seçim təqdim edildi

24.12.2024 16:25 171 baxış sayı 1 dəq. oxuma Metbuat
“WhatsApp”da videolarla bağlı yenilik - 3 seçim təqdim edildi

“WhatsApp” istifadəçilərə yeni funksiya təqdim edib.

Metbuat.az xəbər verir ki, “WhatsApp” Android telefonlarda fərdiləşdirilmiş video təcrübəsi dəstəyi təklif edir. Bildirilir ki, yeniliyə əsasən istifadəçi videolara baxarkən onun izlənmə sürətini seçə bilər. Məlumata görə, videoların sürəti ilə bağlı seçimlər əvvəllər iOS istifadəçiləri üçün təqdim olunsa da, Android istifadəçiləri üçün indi istifadəyə verilib. “WhatsApp”ın Android beta versiyasında sınaqdan keçirilən yeni funksiya istifadəçilərə üç fərqli video sürəti variantı təklif edir. Normal, 1.5x və 2.0x videonun oxunma sürəti tənzimlənə bilər.

Məlumata görə, videolarla bağlı yenilik istifadəçi müddəti çox olan videolar izləyərkən faydalı olar. İstifadəçi müddəti çox olan videonun sürətini tənzimləyərək vaxtına qənaət edə bilər.



E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: