Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“WhatsApp” istifadəçilərə mesaj göndərir - Cavab verilməsə bu olacaq

10.07.2025 18:25 31 baxış sayı 1 dəq. oxuma Metbuat
“WhatsApp” istifadəçilərə mesaj göndərir - Cavab verilməsə bu olacaq

Meta yeni süni intellekt funksiyası üzərində işləyir.

Metbuat.az xəbər verir ki, yeniliyə əsasən “Instagram”, “WhatsApp” və “Messenger” artıq öz istifadəçiləri ilə söhbət edə biləcək. Məlumata görə, suni intellekt istifadəçi ilə onun daha əvvəl etdiyi söhbətlər əsasında söhbət başlada bilər. Bildirlir ki, Meta və Alignerr fərdiləşdirilə bilən süni intellekt botlarının hazırlanması üzərində işləyir və bu botlara istifadəçilərlə proaktiv ünsiyyət qurmağa imkan verir. Meta şirkətinin məlumatına görə, yeniliyin məqsədi istifadəçi ilə əlaqəni intensivləşdirməkdir.

Məlumata görə, Meta AI-nin istifadəçiyə mesaj göndərməsi üçün onunla söhbət tarixçəsi də olmalıdır. İstifadəçi süni intellektin ilk mesajına cavab verməsə, bot ikinci mesajı göndərməyəcək. İstifadəçilər Meta AI Studio vasitəsilə öz təcrübələrinə uyğunlaşdırılmış süni intellekt botları yarada bilərlər.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: