Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“WhatsApp” mesajlarla bağlı möhtəşəm funksiyanı işə saldı

25.07.2025 18:25 25 baxış sayı 1 dəq. oxuma Metbuat
“WhatsApp” mesajlarla bağlı möhtəşəm funksiyanı işə saldı

“WhatsApp” mesajlarla bağlı yenilik üzərində işləyir.

Metbuat.az xəbər verir ki, yeni funksiya eyni vaxtda birdən çox söhbəti əhatə edir. Xüsusilə çoxlu söhbəti olan istifadəçilər üçün hazırlanmış yeni funksiya oxunmamış mesajların qısa icmalını təqdim etmək məqsədi daşıyır. Yeni funksiya “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Yeni funksiya istifadəçilərə eyni vaxtda beş fərqli söhbəti ümumiləşdirməyə imkan verəcək. İstifadəçilər “WhatsApp” Söhbətləri pəncərəsindəki istədikləri söhbətləri seçə, yuxarı sağ küncdəki üç nöqtəli işarəyə klikləyə və sonra “Xülasə” seçimini işə sala bilərlər.

Qeyd edək ki, “WhatsApp” bundan əvvəl çatlar üçün “Mesaj xülasələri” funksiyasını istifadəyə vermişdi.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: