
Xalq artisti dələduzluqla üzləşdi

Azərbaycanın Xalq artisti Mehriban Zəki son dövrlərdə artan kiberdələduzluq hadisəsi ilə üzləşib. Bu hadisədən sonra "Kapital Bank" dərhal məsələ ilə bağlı geniş bir açıqlama yayıb.
Bankın məlumatına görə, son zamanlar insanları aldadaraq onların vəsaitlərini oğurlamağa çalışan fırıldaqçıların hədəfi bu dəfə məşhur sənətçi olub. Dələduz Xalq artistinə "WhatsApp" sosial şəbəkəsi üzərindən zəng edib, özünü "Kapital Bank"ın əməkdaşı kimi təqdim edərək şəxsi məlumatlarını tələb edib. Lakin Mehriban xanım fırıldaqçılıq halları haqqında məlumatlı olduğu üçün heç bir informasiya verməyib. O, dərhal bankla əlaqə saxlayaraq bu cəhd barədə məlumat verib. Bank əməkdaşları həmin nömrənin onlara aid olmadığını təsdiqləyib və zəng edən şəxsin dələduz olduğunu bildiriblər.
Aidiyyəti qurumların və bankların gördüyü təhlükəsizlik tədbirləri ilə yanaşı, hər bir vətəndaşın kiberdələduzluğa qarşı ayıq olması böyük əhəmiyyət daşıyır. Unutmaq olmaz ki, kartın üzərindəki 16 rəqəmli PAN nömrəsi, kartın arxa tərəfindəki 3 rəqəmli CVV kodu və mobil telefona gələn 4 rəqəmli OTP şifrəsi yalnız kart sahibinə məxsusdur. Bu məlumatları heç kimlə bölüşmək olmaz. Heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edib bu məlumatları istəyə bilməz.
Bank əməkdaşı adı ilə zəng edən şəxslərin həqiqətən bank işçisi olub-olmadığını yoxlamaq çox asandır. Müştərilər zəng edən şəxsdən mobil tətbiqə onun bank əməkdaşı olduğunu təsdiqləyən bildiriş göndərməsini tələb etməlidirlər. Əgər zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa, vətəndaş "Birbank" mobil tətbiqində belə bir təsdiqləyici bildiriş alır. Bu bildirişdə deyilir ki, bank məhsulunu təklif edən şəxsin onların əməkdaşı olduğu təsdiqlənir. Mobil tətbiqdə təsdiqləyici bildiriş alındıqdan sonra danışığa davam etmək mümkündür, əks halda isə zəng dərhal dayandırılmalıdır. Bu sadə yoxlama metodu vətəndaşların öz vəsaitlərini qorumasına kömək edir.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı
Son Xeberler

Xalq artisti Yalçın Rzazadənin dəfnindən CANLI YAY...
Son Xeberler

SSRİ Xalq artisti Valentin Qaft vəfat etdi
Son Xeberler

SON DƏQİQƏ: Xalq artisti koronavirusdan vəfat etdi...
Son Xeberler

Azərbaycanın məşhur Xalq artisti XƏRÇƏNGƏ TUTULDU
Şou Xəbər

Xalq artisti qəzaya görə konsertini təxirə saldı
Bugun.az


