
Xarici ticarət əməliyyatları üzrə statistik göstəricilər açıqlanıb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 54 013 nəfər təşkil edib. Onlardan 43 965 nəfəri fiziki ( illik müqayisədə 7.2% artıb), 10 048 nəfəri isə hüquqi şəxslərdir ( 2% artıb).
Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 166-sı dövlət, 9882-i isə özəl sektorun nümayəndələri olub.
Qeyd edək ki, hesabat dövründə idxal əməliyyatlarının həcmi 15 milyard 52.7 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 395 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 17 milyard 65.4 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı – 2 560 ədəd təşkil edib.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Səfərbərlik Xidmətində korrupsiya ilə bağlı statis...
Bugun.az

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 28% a...
Azəri Xəbər

Yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə...
Azəri Xəbər

İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi...
Azəri Xəbər

Azərbaycanın ticarət etdiyi ölkələrin sayı açıqlan...
Bugun.az

Bu ilin doqquz ayı ərzində Gürcüstanla Azərbaycan...
Azəri Xəbər


