🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Xəstəliksiz uzun ömrün sirri - 102 yaşlı qadın açıqladı

12.12.2024 18:25 10 baxış sayı 2 dəq. oxuma
Xəstəliksiz uzun ömrün sirri - 102 yaşlı qadın açıqladı

Hazırda uzunömürlülük ən çox müzakirə edilən mövzulardan biridir. Lakin mütəxəssislər vurğulayır ki, əsas məsələ xəstəliklərə düçar olmadan yaşlanmaqdır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 102 yaşlı Hilda Jaffe də bunun nadir nümunələrindən biridir.

14 il əvvəl 88 yaşında olanda Nyu-Cersi ştatındakı evini sataraq Nyu-Yorkun məşhur Manhetten bölgəsində kiçik mənzilə köçən Jaffe hazırda öz işini özü görür, yaddaşı ilə gənclərə meydan oxuyur və daim hərəkətdə qalır.

Uzun ömrün sirri: genetika, müsbət düşüncə və aktivlik

Jaffe sağlamlığının və uzunömürlülüyünün əsas səbəblərini genetika, şans və hərəkətdə qalmaq adlandırır. Hər gün 3 min addım atmağa çalışır, tütün və spirtli içkilərdən uzaq durur, gecələr 8 saat yatır.

Albert Eynşteyn Tibb Kollecinin araşdırmalarına görə, Jaffe kimi "süper yaşlılar" adlandırılan insanlar nikbin düşüncəyə, dəyişən vəziyyətlərə uyğunlaşma qabiliyyətinə və aktiv həyat tərzinə sahibdirlər.

"Yalnızlıq problem deyil"

Jaffe yalnız yaşamağı azadlıq kimi qiymətləndirir: "Problemlərimi özüm həll edirəm". O, hər gün operaya, sərgilərə və kitab klubu görüşlərinə qatılır. 10 ildən çoxdur ki, Nyu-York Xalq Kitabxanasında bələdçi kimi fəaliyyət göstərir.

Pandemiya dövründə aparılan araşdırmalar da göstərib ki, yaşlı insanlar çətinliklərə daha dözümlü olurlar və hazırkı anın dəyərini daha çox anlayırlar.

Hilda Jaffe da gələcək üçün narahat olmadığını bildirib: "Hər gün yeni bir başlanğıcdır. Bu həyatın dəyərini bilirəm və heç nəyə peşman deyiləm".

Paylaş: