Xorvatiya Prezidenti İlham Əliyevi təbrik etdi
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Metbuat.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, şəxsi həyatınızda və ali dövləti fəaliyyətinizdə çoxlu uğurlar arzulayıram.
Əminəm ki, bizim dost ölkələrimiz bundan sonra da ümumi əlaqələrimizin yaxşılaşdırılmasına və əməkdaşlığın yeni formalarının tapılmasına çalışacaq. Ölkələrimizin malik olduğu iqtisadi imkanlar daha yaxşı və daha məzmunlu əməkdaşlığı təşviq edə bilər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
Rusiyanın hökumət başçısı İlham Əliyevi təbrik etd...
Bugun.az
BP-nin Azərbaycan üzrə regional prezidenti İlham Ə...
Bugun.az
Azərbaycan Prezidenti Özbəkistan Həmkarını Təbrik...
Bugun.az
İran səfirindən Azərbaycana təbrik -
Son Xeberler
İlham Əliyev Laçınla bağlı xalqı təbrik etdi
Son Xeberler
Prezident 1-ci Ordu Korpusunun komandirini təbrik...
Son Xeberler