
Yağış, qar, şaxta - Dekabrın 2-nin havası

Dekabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət isə 70-80 % olacaq.
Dekabrın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Oxşar xəbərlər

Dekabrın ilk gününün havası açıqlandı
Bugun.az

Sabahın havası -Yağış, leysan, külək...
Bugun.az

Noyabrın 7-nin havası açıqlandı
Bugun.az

Külək, yağış, qar - Oktyabrın 6-nın havası
Bugun.az

Sabahın hava proqnozu açıqlandı
Son Xeberler

Sabahın hava proqnozu açıqlandı
Son Xeberler