Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Yaşar Əliyev Quterreşlə görüşdü

14.01.2025 21:25 117 baxış sayı 1 dəq. oxuma Metbuat
Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.

“BMT-nin mənzil-qərargahında Baş katib Antonio Quterreş ilə səfir Yaşar Əliyevin vida görüşü səmimi və mehriban şəraitdə keçib. Söhbət zamanı səfir Əliyevin çoxtərəfli diplomatiyaya və BMT dəyərlərinin təşviqinə töhfələri, eyni zamanda Azərbaycanın milli maraqlarının “effektiv və həvəsli” müdafiəsinin həyata keçirilməsi vurğulanıb”, – məlumatda qeyd olunub.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: