
Yaşlı kişilər niyə cavan qadınlarla evlənir?

Son illərdə kişilərin özlərindən 20-25 yaş, hətta bəzən 40 yaşa qədər kiçik qadınlarla nikaha girməsi geniş yayılan bir tendensiyaya çevrilib. Bu hal Azərbaycanda müşahidə edilsə də, qonşu Türkiyədə kifayət qədər çox fakt var. Məsələn, Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəs 73 yaşındadır; onun sevgilisi Gülçin Karakayanın isə cəmi 30 yaşı var. Onlar dörd ildir birlikdə yaşayırlar, aralarındakı yaş fərqi 43 ildir. Başqa bir məşhur sima, aktyor və şoumen Mehmet Əli Ərbil də özündən 42 yaş balaca olan Gülseren Ceylanla münasibətdədir. Ərbilin 68, Gülserenin isə 26 yaşı var. Bu cür böyük yaş fərqinin olduğu münasibətlər ictimaiyyətdə suallar doğurur: Niyə yaşlı kişilər övladları, hətta nəvələri yaşında olan qadınlarla evliliyə can atırlar, buna səbəb nədir?
Psixoloq Vüsalə Rüstəm bildirir ki, məşhur insanlar ictimaiyyət arasında böyük nüfuza malik olurlar. Onlar statuslarına görə başqalarından üstün sayılırlar. Məşhurluq onlara var-dövlət və sərvət gətirib. Belə kişilər tez-tez bir qadına sadiq qalmırlar, çoxlu sayda qadınla yaxınlıq edirlər. Bəzən onlar bu münasibəti rəsmiləşdirirlər, lakin çox vaxt buna ehtiyac hiss etmirlər. Psixoloq deyir ki, bu şəxslər yaxşı maddi durumları və statusları sayəsində gənc və təcrübəsiz qızları asanlıqla özlərinə cəlb edə bilirlər. Bu kateqoriyaya daxil olan insanlar hər şeyi pulla əldə etdikləri üçün əsl sevginin nə olduğunu bilmirlər. Onlar pula görə edilən yaltaqlıqları hörmət və sevgi zənn edirlər. Əslində, yüksək status və maddi imkanlar gənc qadınlar üçün cəlbedici bir vasitə olur.
Bu vəziyyət bəzi gənc qadınların da maraqlarına uyğundur. Var-dövlət hərisi olan həmin qızlar belə kişilərin hesabına həm tanınır, həm də heç vaxt əldə edə bilməyəcəkləri maddi imkanlara sahib olurlar. Vüsalə Rüstəm hesab edir ki, bu məqamda kişi ilə qadının maraqları bir-birini tamamlayır. Bəzi yaşlı kişilər gənc xanımların onların ətrafında olmasını özləri üçün böyük uğur hesab edir, hətta bu mövzuda bir-biri ilə yarışırlar. Belə xanımlar yaşlı kişilərə vaxtilə yaşamadığı özünə inamı və xoşbəxtliyi verir. Ancaq psixoloq vurğulayır ki, bu xoşbəxtlik daimi deyil. Bir müddət sonra həmin gənc qadın ya qoca kişinin pulu ilə özünə cavan sevgili tapır, ya da müəyyən təminata sahib olandan sonra evi tərk edir. Bu münasibətlər əsasən müvəqqəti və maddi maraqlara söykənir.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Benzema aktrisa ilə evlənir
Bugun.az

"Məni arvadım cavan saxlayır" -
Son Xeberler

Azərbaycanın iki məşhur siması evlənir -
Şou Xəbər

93 yaşlı qadın cavan qalmağının sirrini açdı
Bugun.az

49 yaşlı nənə cavan oğlana qoşulub qaçdı - VİDEO
Son Xeberler

Lamiyə Vəliyeva əcnəbi ilə evlənir - FOTO
Bugun.az


