Yutubdakı dəyişiklik etiraza səbəb oldu
Yutubun premium abunəçilərinə reklam göstərməsi etirazlara səbəb olub.
Metbuat.az xəbər verir ki, qiymət artımı ilə gündəmə gələn yutub, abunəçilərinə reklamsız izləmə xidməti verib. Bununla belə, bəzi premium istifadəçiləri platformada reklamlarla qarşılaşdıqlarını bildiriblər. Yutubun bəzi premium istifadəçiləri, ana səhifədə görünən reklamlar və pre-roll reklamları ilə qarşılaşdıqlarını bildiriblər. Reddit kimi platformalarda paylaşılan şikayətlərə görə, xüsusilə yutub tv-də “NFL Sunday Ticket” kimi tanıtım məzmunu zamanı reklamlar nümayiş olunub. Məsələ barədə açıqlama verən yutub, sözügedən reklamların yalnız bəzi tanıtım məzmunu və müəyyən kampaniyalarla bağlı olduğunu irəli sürüb.
Bildirilib ki, əslində premium abunəçilər reklam izləməli deyil. Yutub rəsmiləri reklamlarla üzləşən premium abunəçilərini dəstək komandası ilə əlaqə saxlamağa çağırıb.
Oxşar xəbərlər
BMT Salonunda Qeyri-adi Hadisə: Baş Nazir Ariel He...
Son Xeberler
Haalandın tək qab yeməyi: Qol rekordundan sosial m...
Son Xeberler
Eminin Ev Yarışmasının Qalibi Bəlli Oldu!
Bugun.az
Gürcüstan Etiraza Hazırlaşır
KIBRIT MEDIA
İranın Suriyə siyasətində dönüş? Əsəd dövrünün son...
Son Xeberler
Milli Məclisin keçiriləcək iclasının gündəliyi açı...
Son Xeberler