
Yüzlərlə türk futbolçu karyerasını yekunlaşdırdı - Sərt qərar

Türkiyə Peşəkar Futbolçular Birliyi və 3-cü Liqada çıxış edən futbolçular Türkiyə Futbol Federasiyasının önündə etiraz aksiyası keçirib.
Metbuat.az xəbər verir ki, aksiyaya 250 futbolçu qoşulub. Aksiya iştirakçıları federasiyanın hər klub üçün 25 yaşdan yuxarı cəmi beş futbolçuya lisenziya verməsi barədə qərarına etiraz ediblər. Futbol Federasiyası 3 aksiya iştirakçısı ilə görüşərək müzakirə aparıb. Lakin tərəflər razılığa gələ bilməyiblər. Aksiya iştirakçıları qərarın tamamilə ləğv edilməsini tələb ediblər. Onlar bildiriblər ki, dünyanın 5 böyük liqasının aşağı liqalarında belə bir qayda yoxdur.
Məlumata görə, Futbol Federasiyasının qərarı mindən çox futbolçunun karyerasını bitirməsinə səbəb olacaq.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Real" qərar verdi - Ulduz futbolçu gedir
Bugun.az

"Qalatasaray"ın istədiyi ulduz futbolçu seçimini...
Bugun.az

Kenan Yıldız karyerasını "La Liqa"da davam etdirə...
Azəri Xəbər

"Barselona”nın sabiq futbolçusu karyerasını bitird...
İdman Xəbər

Messi karyerasını bu klubda davam etdirəcək - İmza...
Bugun.az

İngiltərə yığmasının müdafiəçisi yayda klubunu tər...
Azəri Xəbər


