Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Zelenski İlham Əliyevə təşəkkür etdi

02.10.2025 16:25 25 baxış sayı 1 dəq. oxuma Metbuat
Zelenski İlham Əliyevə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə Kopenhagendə keçirdikləri ikitərəfli görüş barədə “X” hesabında paylaşım edib.

Metbuat.az xəbər verir ki, V.Zelenski paylaşımında qeyd edib:

"Azərbaycan Prezidenti ilə görüşüm oldu. Mən ona Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi prinsipial və davamlı dəstəyə görə təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhə doğru diplomatik səylər barəsində fikir mübadiləsi apardıq, əlavə olaraq enerji və potensial hərbi əməkdaşlıq ətrafında müzakirəmiz oldu. Gələcək əlaqələrin davam etdirilməsi barədə də razılığa gəldik. Mən Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram”

Gələcək əlaqələrin davam etdirilməsi barədə də razılığa gəldik.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: