
Zelenski sülh təklif etdi - Putinlə görüşə bilər

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək istədiklərini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Zelenski Ukraynada səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Renaud-Bassonu qəbul edib. İkitərəfli görüşdən sonra Zelenski Odil Renaud-Basso ilə keçirdiyi mətbuat konfransında ölkəsində davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirib.
Müharibəyə son qoymaq üçün Putinlə görüşüb-görüşməyəcəyi ilə bağlı suala Zelenski, “Əlbəttə, həm ABŞ Prezidenti Donald Tramp, həm də Avropa İttifaqı ölkələri Rusiyasız, Putinsiz diplomatiyanın mümkün olmadığını bildirirlər. Ona görə də mən dedim ki, əgər bu müharibənin bizim üçün necə bitəcəyi ilə bağlı razılığa gələ bilsək, mən Putinlə danışmağa hazıram” - deyə cavab verib.
Oxşar xəbərlər

"Putinlə danışıqlara hazıram" -Zelenski
Bugun.az

Hindistan Rusiya Və Ukrayna Münaqişəsini Həll Edəc...
KIBRIT MEDIA

Ukrayna: Sülh Sammiti Mümkündür, Amma Şərtlərimiz...
Bugun.az

Putinlə Koçaryan Ermənistandakı vəziyyəti müzakirə...
Son Xeberler

Si Cinpin və Putinlə üclü görüş keçirilə bilər - T...
Bugun.az

Putinlə Merkel Qarabağı müzakirə etdi
Son Xeberler