
Zelenskinin istefası real görünür - ŞƏRH

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddialar yayılıb. Bu spekulyasiya dekabrın 15-dək atəşkəs əldə olunacağı şərti ilə əlaqələndirilir. Mənbələr iddia edir ki, Zelensky Yeni il çıxışında vətəndaşlara müraciət edərək postunu tərk etdiyini açıqlaya bilər. Bu baxımdan, Zelenskinin istefası nə dərəcədə mümkündür və ondan sonra kimin yeni prezident ola biləcəyi sualı ortaya çıxır.
Politoloq Elçin Xalidbəyli bildirib ki, Prezident Zelenskinin istefa vermə ehtimalı hazırda real görünür və bu mövzu getdikcə daha ciddi hal alır. Hətta sülh planı, yəni yeni "Tramp planı" müzakirə edilərkən belə, Zelenskinin hakimiyyətdən getməsi məsələsinin gündəmə gəldiyi barədə məlumatlar var. Bu ssenari onu göstərir ki, Zelenski həqiqətən də postunu buraxmaq məcburiyyətində qala bilər və hakimiyyətin yenidən formalaşdırılması üçün prezident seçkilərinin keçirilməsi zərurəti yarana bilər. Burada iki əsas amil ön plana çıxır. Birinci amil ondan ibarətdir ki, yeni Tramp planı Ukraynanın gələcək taleyini böyük risk altına qoyur.
Zelenski bu plana əsasən sülh sazişi imzalamaqdan yayınır. O, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi təhlükə altına sala biləcək bir sənədə imza atan lider kimi tarixə düşmək istəmir; bu, tamamilə məntiqli bir yanaşmadır. Üstəlik, hazırda Zelenskiyə güclü təzyiqlər edilir. Aydındır ki, bu təzyiqlərin məqsədi Ukraynanın maraqlarına zidd sənədin imzalanmasına nail olmaqdır. Zelenski isə bu vəziyyətdən yayınmaq üçün istefa verərək prosesdən kənara çəkilmə variantını seçə bilər. İkinci önəmli məqam isə bu məsələnin Tramp planının müzakirələri zamanı xüsusilə Rusiya tərəfindən qabardılmasıdır.
Kreml hesab edir ki, Zelenski artıq legitim prezident deyil, çünki onun səlahiyyət müddəti bitib. Buna görə də, onunla imzalanacaq sülh sazişi Ukraynaya sabitlik gətirə bilməz. Moskva israr edir ki, Tramp planı üzrə sülh sazişi Ukraynanın yeni prezidenti ilə imzalanmalıdır. Kreml məsələni genişləndirərək parlamenti də hədəfə alır, çünki hətta Zelenski sazişi imzalasa belə, parlament sənədi ratifikasiya etməyə bilər. Prezident bu qərarı təkbaşına verə bilməz. Buna görə də Moskva həm prezident, həm də parlament seçkilərinin paralel keçirilməsini tələb edir. Onlar hakimiyyətə Rusiyanın hazırladığı sazişi, yəni faktiki olaraq kapitulyasiya aktını imzalamağa hazır qüvvələrin gəlməsini istəyirlər. Rusiya sülh sazişi bəhanəsi ilə Ukraynada özünün təsiri altında olacaq bir hakimiyyət formalaşdırmağa çalışır. Bu iki amilin təsiri səbəbindən Zelenskinin həqiqətən də postundan çəkilməsi ehtimalı olduqca real görünür.
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ukraynada son dəyişiklik!
Ən Son Xəbərlər
KİV: ABŞ və Ukrayna bu həftə Zelenskinin Vaşinqton...
Azəri Xəbər

KİV: Ağ Ev hələ Zelenskinin səfəri və ya ABŞ-Rusiy...
Azəri Xəbər

SON DƏQİQƏ! ORDU AYAĞA QALXDI - İrəvan ÇALXALANIR
Son Xeberler

Zelenski Canlı Yayımda İkən Bomba Həyəcanı: Kiyev-...
Son Xeberler

Yerevanda növbəti aksiya:
Son Xeberler


