🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda eksklüziv Beynəlxalq Elmi Konfransı

06.11.2024 07:10 22 baxış sayı 2 dəq. oxuma
“Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda eksklüziv Beynəlxalq Elmi Konfransı

“Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda eksklüziv Beynəlxalq Elmi Konfransı



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq 6 dekabr 2024-cü il tarixində Bakı Ali Neft Məktəbində “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda eksklüziv Beynəlxalq Elmi Konfrans təşkil olunacaq. 

Konfransın əsas məqsədi davamlı gələcəklə bağlı iqtisadi, ekoloji və texnoloji problemlərin tədqiqini təşviq etmək və yeni perspektivləri maraqlı auditoriya ilə bölüşməkdir. 

Məqalələrin qəbulu aşağıdakı bölmələr üzrə aparılacaq. 

Bərpa olunan enerji 
Yaşıl iqtisadiyyat 
Yaşıl kimya 
Ekoloji təmiz texnologiyalar 

Təqdimatla çıxış edən hər bir iştirakçı “İştirak Sertifikatı” alacaq. 

İndeksasiya: Hər konfrans materialina Crossref-dən rəqəmsal obyekt identifikatoru (DOI) təyin edilir. 

Scholar indekslənmə: Nəşr olunan əsərlər Google Scholar-da indeksasiya olunacaqdır. 

ISBN: Konfrans materiallarının toplusuna ISBN nömrəsi verilir. 

Təqdim olunan məqalə jurnalın tələblərinə cavab verərsə, BANM-in beynəlxalq elmi jurnalında məqalə kimi dərc oluna bilər. 

Məqalələr İngilis və Azərbaycan dillərində qəbul ediləcək. 

Məqalələrin təqdim edilməsi üçün son tarix: 

23:59 (GMT+4), 15 noyabr 2024 

Bu əhəmiyyətli tədbirdə iştirakınız və töhfələriniz yüksək qiymətləndiriləcəkdir. 


Məqalələr rəsmi veb sayt vasitəsilə göndərilməlidir: https://conference-bhos.az

Etiketlər

Paylaş: