Edumap.az Təhsil Portalı
1 abunə
Əməliyyatçı xəzinədar vakansiyası
19.11.2024 15:10
4 baxış sayı
3 dəq. oxuma
Əməliyyatçı xəzinədar vakansiyası
Müəssisə: AZ SƏNAYE BANKI ASC
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat və biznes) olmalı;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
- Məntiqi və analitik düşünmə tərzi;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
İş haqqında məlumat:
- Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
- Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
- Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
- ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
- XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
- Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
- Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
- Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
- Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması;
- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri (Park Bulvar Filialı)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” göstərməyiniz xahiş olunur.
Etiketlər
Oxşar xəbərlər
"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı
8
16/11 06:32
Reklam və PR departamentinin təcrübəçisi vakansiya...
Edumap.az Təhsil Portalı
13
05/11 15:42
Rus dili müəllimi vakansiyası
Edumap.az Təhsil Portalı
23
29/10 12:31
SAT Math Teacher vakansiyası
Edumap.az Təhsil Portalı
22
29/10 12:33
SAT Verbal Teacher vakansiyası
Edumap.az Təhsil Portalı
22
29/10 12:36
ALİ VƏ NİNO kitab mağazaları şəbəkəsində vakansiya...
Edumap.az Təhsil Portalı
10
15/11 10:38