Edumap.az Təhsil Portalı
Edumap.az Təhsil Portalı

22.10.2024 19:24

0 abunə

9

Influencer Marketing Manager & SMM (Intern)

Influencer Marketing Manager & SMM (Intern)

Influencer Marketing Manager & SMM (Intern)

 

Influencer Azerbaijan - Azərbaycanda influenserləri və şirkətləri bir araya gətirən ortaq platformadır. Qısa müddət ərzində komandamız öz kanalları vasitəsilə 1200+ yerli influenser və 350+ şirkət cəlb edib. Şirkətimiz tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişli “İnfluenser marketinq xidmətləri və SMM” üzrə təcrübə proqramı təklif edir.


 

Təcrübə proqramı sizə nə qazandıracaq?

- Qlobal brendlər ilə çalışma şansı

- Real iş mühiti ilə tanışlıq;

- Bazamızda olan və bazamıza əlavə edilməsi istənilən influenserlərlə əlaqə və ünsiyyət;

- İnfluenserlərin keyfiyyətli təhlili və effektiv qiymətləndirmək;

- Təcrübəli əməkdaşların müşayiətində yaradıcı şəkildə post üçün başlıq yazılması, dizayn verilməsi və video ssenarisi hazırlanması;

- Hazırlanan yaradıcı məzmunların ictimai paylaşılması və bunun doğrultusunda birbaşa izləyicidən geridönüş ala bilmək imkanı;


 

Namizədə dair tələblər:

- Öyrənməyə həvəslilik;

- Kreativ düşünmə qabiliyyəti;

- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;

- Azərbaycan dilində səlis yazma bacarığı (Rus və ingilis dili arzuolunandır)

- Ofis proqramlarında işləmə bacarığı: Google Docs, Google Sheets, Google Slides;

- Canva-da işləmə bacarığı;


 

Təcrübəçi ilə şirkətimiz arasında ödənişli əsaslar üzrə nəzərdə tutulmuş 2 aylıq müqavilə bağlanacaq. Nəzərdə tutulmuş ödəniş 150 AZN-dir. Təcrübə başa çatdıqdan sonra yüksək nəticə göstərildiyi halda daimi iş təklifi olunacaq. Təcrübə proqramı həftəiçi 5 gün, saat 11:00 - 17:00 aralığında nəzərdə tutulub.


 

Ofisimiz şəhərin mərkəzində Torqovoya adı ilə bilinən Nizami küçəsinin yaxınlığında yerləşir.

Qeyd olunan tələblərə uyğun namizədlər CV faylını “Təcrübəçi” başlığı ilə aşağıda əlavə edilmiş e-poçt ünvanına göndərə bilər. Müraciət üçün son tarix 6 noyabrdır.


 

Müraciət və daha ətraflı məlumat üçün:

[email protected]

 

Etiketlər: