
“Keyfiyyətə nəzarət üzrə mütəxəssis (aparıcı mütəxəssis)” vakansiyası

Xonça Fabriki “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (aparıcı mütəxəssis)” vakansiyası ilə bağlı işə qəbul elan edir!
Tələblər:
-Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası, Keyfiyyətə Nəzarət, Kimya, Biologiya);
- Rus dili və İngilis dili ( ən azı bir dil B1 səviyyəsində );
- İSO 22000 və İSO 9001 üzrə sertifikatların olması üstünlükdür;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olması arzuolunandır;
- MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
- Kommunikasiya, Planlama və təşkilatçılıq, Komanda ilə işləmə, Qərarvermə, Konfliktlərin idarə edilməsi;
- İSO 9001 və İSO 22000 standartları üzrə nəzəri və praktiki biliklər;
- Kimya və Biologiya sahəsi üzrə nəzəri biliklər.
Vəzifə öhdəlikləri:
- Şirkətdə inteqrə edilmiş idarəetmə sisteminin (İSO standartları, BRS, FSSC və s.) tətbiqində iştirak etmək;
- Qida təhlükəsizliyinin minimal tələbləri haqqında personalların təlimləndirilməsini təmin etmək;
- Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlarının mövcudluğuna nəzarəti təmin etmək;
- Məhsulların daşınma nəqliyyatlarının gigiyenik vəziyyətinə və daşınan məhsullara və məhsulların anbara girişinə, saxlanılmasına nəzarət etmək;
- İstehsal, qeyri-istehsal və anbar sahələrinin, personalların sanitar gigiyenik vəziyyətinə nəzarət etmək;
- Məhsulların, təsdiqlənmiş plana uyğun analiz olunmasını təşkil etmək;
- PEST control işlərinə nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı günlük, aylıq və rüblük hesabatlar hazırlayıb hesabat verdiyi instansiyaya ötürmək;
- Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması ilə bağlı müəyyən olunmuş tədbirlərin icrası və effektivliyinə nəzarət etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (aparıcı mütəxəssis)” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Etiketlər
Oxşar xəbərlər

Kreditlərin Rəsmiləşdirilməsi üzrə Aparıcı mütəxəs...
Edumap.az Təhsil Portalı

İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı

"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı

Proqram təminatının testi və keyfiyyətinə nəzarət...
Edumap.az Təhsil Portalı

İnsan Resursları üzrə mütəxəssis vakansiyası
Edumap.az Təhsil Portalı

Daxili nəzarət üzrə mütəxəssis vakansiyası
Edumap.az Təhsil Portalı