
Korporativ layihələrin satışı və təhlili üzrə mütəxəssis vakansiyası

Korporativ layihələrin satışı və təhlili üzrə mütəxəssis vakansiyası
“AZERA Holding” MMC tərkibində fəaliyyət göstərən “SARA LİZİNG” MMC Korporativ layihələrin satışı və təhlili üzrə mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Yeni korporativ müştərilərin cəlbi;
- Mövcud müştəri bazasının idarə olunması;
- Satış üzrə planlanan aylıq, rüblük və illik hədəflərin icrası;
- Korporativ müştərinin təqdim etdiyi məlumatların yoxlanılması məqsədi ilə korporativ müştərilərin biznes obyektlərinə baxışın keçirilməsi;
- Korporativ layihələr üzrə maliyyə təhlilinin aparılması;
- Təklif olunan əmlak təminatı (girov predmeti) haqqında fotomaterialların hazırlanması;
- Aparılan ilkin təhlilin nəticələrinə əsasən lizinq müraciətinə baxılmasının məqsədəuyğunluğu barədə fikir bildirmək;
- Lizinq memorandumunun və müvafiq sənədlərin və digər müşayiətedici materialların hazırlanması;
- Yüksək keyfiyyətli və gəlirli lizinq portfelinin formalaşmasına nəzarət etmək;
- Korporativ müştərilərin kreditləşməsinə dair təlimatda göstərilən qayda və prosedurlara uyğun sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək.
Tələblər:
Ali təhsil
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır
MS Office proqramlarında işləmə bacarığı
Korporativ müştərilər ilə işləmə və analitik düşüncə qabiliyyəti
Sürücülük vəsiqəsi ( B kateqoriyası üzrə)
İş şərtləri:
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Əmək haqqı: 1000-1200 AZN (NETT)
İş qrafiki: 5 günlük
Ünvan: Bakı şəh, Nəriman Nərimanov rayonu
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə [email protected] mail ünvanına göndərməniz xahiş edilir.
Etiketlər
Oxşar xəbərlər

"Tədbir və layihələrin təşkili üzrə təcrübəçi" vak...
Edumap.az Təhsil Portalı

"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı

İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı

Kreditlərin Rəsmiləşdirilməsi üzrə Aparıcı mütəxəs...
Edumap.az Təhsil Portalı

Proqram təminatının testi və keyfiyyətinə nəzarət...
Edumap.az Təhsil Portalı

Əlaqə Mərkəzi üzrə Mütəxəssis vakansiyası
Edumap.az Təhsil Portalı