🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Fly.az
Fly.az
4 abunə

“Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsinin açılış mərasimi keçirilib

16.11.2024 07:02 6 baxış sayı 2 dəq. oxuma
“Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsinin açılış mərasimi keçirilib

“Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsinin açılış mərasimi keçirilib

 

Ağcabədi rayonunda “Məktəbdə rəqəmsal simulyasiyalar vasitəsilə fizika fənninin interaktiv təşkili” layihəsinin açılış mərasimi keçirilib. Mərasim Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-liseydə baş tutub.

Açılış mərasimində layihə rəhbəri, Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşı, məktəb direktorları, işçi qrupu və müəllimlər iştirak edib.Layihə rəhbəri qonaqlara layihənin məqsəd və vəzifələri haqqında məlumat verib. Qeyd edib ki, PhET interaktiv simulyasiya platforması fizika dərslərinin daha interaktiv və anlaşılan olmasını təmin edəcək və müəllimlər üçün xüsusi təlimatlarla simulyasiyaların tədris prosesinə inteqrasiyası sadələşdiriləcəkdir.

Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər. Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.

Etiketlər

Paylaş: