
Satınalma üzrə təcrübəçi vakansiyası

Veysəloğlu MMC Satınalma üzrə təcrübəçi vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılması işinə dəstək olmaq;
- Alışların aylıq analizlərinin və hesabat formasının hazırlanmasında dəstək olmaq;
- Alışlarla bağlı sənədləri sistemə işləmək;
- Ödənişlər üçün sənədlərin hazırlanıb təqdim edilməsi işinə dəstək olmaq;
- Tender müqavilələrinin hazırlanması işinə dəstək olmaq;
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Lazımi materialları, xidmətləri xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək.
Tələblər:
- Ali təhsil;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office, xüsusilə Excel proqramını əla bilmək;
- Yüksək ünsiyyət və idarəçilik bacarığı.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satınalma üzrə təcrübəçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Etiketlər
Oxşar xəbərlər

Təchizat üzrə təcrübəçi vakansiyası
Edumap.az Təhsil Portalı

"Tədbir və layihələrin təşkili üzrə təcrübəçi" vak...
Edumap.az Təhsil Portalı

İnsan resursları üzrə təcrübəçi vakansiyası
Edumap.az Təhsil Portalı

İnsan Resursları üzrə təcrübəçi vakansiyası
Edumap.az Təhsil Portalı

Daxili satınalma üzrə mütəxəssis vakansiyası
Edumap.az Təhsil Portalı

Frontend təcrübəçi vakansiyası
Edumap.az Təhsil Portalı