🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Tanınma şəhadətnaməsi ilə bağlı vacib məqam

18.11.2024 08:17 24 baxış sayı 3 dəq. oxuma
Tanınma şəhadətnaməsi ilə bağlı vacib məqam

Tanınma şəhadətnaməsi ilə bağlı vacib məqam

 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən tanınma icraatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən elektron qaydada daxil olmuş müraciətlər əsasında aparılır. Qaydalara əsasən xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə ola bilməsi üçün TKTA tərəfindən tanınmanın həyata keçirilməsi şərt olaraq qanunvericilikdə təsbit olunub.

 

TKTA tərəfindən akademik tanınma əldə etmiş bəzi şəxslərin işə qəbul zamanı, eləcə də şəxsi sosial media səhifələrində sözügedən tanınmaya dair şəhadətnaməni nümayiş etdirərək, işəgötürənləri, eləcə də ictimaiyyəti yanlış yönləndirdikləri müşahidə edilməkdədir.

 

Tanınma şəhadətnaməsi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəddir. Kvalifikasiyasının akademik tanınmasını əldə etmiş şəxslərə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir. Xarici kvalifikasiya sahibi peşə tanınmasını əldə etdikdən sonra Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilər.

 

Bildiririk ki, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə peşə tanınması ərizəçinin TKTA-nın sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında,  tibb və səhiyyə ixtisasları üzrə peşə tanınması isə ərizəçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçirdiyi imtahanda müvəffəqiyyət qazandığı təqdirdə verilir.  

 

Məlumat üçün bildiririk ki, TKTA tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası istifadəyə verilmişdir. Həmin məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür. Vətəndaşa təqdim edilmiş müvafiq şəhadətnamənin https://edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyi yoxlanıla bilər.

Etiketlər

Paylaş: