🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB-də təcrübə proqramından yararlanmaq şansı!

08.01.2025 09:03 3 baxış sayı 2 dəq. oxuma
TƏBİB-də təcrübə proqramından yararlanmaq şansı!

TƏBİB-də təcrübə proqramından yararlanmaq şansı!


Respublika Pediatriya Mərkəzinin İnsan resursları şöbəsi üzrə ödənişsiz təcrübə proqramına qoşularaq siz yeni biliklər qazanacaq və peşəkar komandanın üzvü olaraq daima irəli addımlamaq imkanı əldə edəcəksiniz.



 Öhdəliklər:


- Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Ümumi iş prosesinə dəstək



 Tələblər:


- Komanda işi və əməkdaşlıq bacarıqları
- Kompüter bilikləri: Microsoft Office – yaxşı
- Güclü ünsiyyət bacarıqları
- Məsuliyyətlilik



 Əlavə qeydlər:


- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 13:00.
- İş yeri: Respublika Pediatriya Mərkəzi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 2 (Klinik Tibbi Mərkəzin yaxınlığı).
- Müddət: Təcrübə proqramının 2 aya qədər davam etməsi nəzərdə tutulur. 



 Müraciət etmə qaydası:


Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV [email protected] ünvanına göndərilməlidir;
- Mövzu sətrində “İR – təcrübəçi” qeyd olunmalıdır;
- CV-lər 15 yanvar, 2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Etiketlər

Paylaş: