🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Xaricdə təhsil üzrə mütəxəssis / Araşdırmaçı vakansiyası

19.10.2024 18:08 31 baxış sayı 4 dəq. oxuma
Xaricdə təhsil üzrə mütəxəssis / Araşdırmaçı vakansiyası

 Xaricdə təhsil üzrə mütəxəssis / Araşdırmaçı vakansiyası

 

Şirkət: “UniDream”

 

“UniDream” şirkəti 10 nəfərdən çox komanda üzvünə malik xaricdə təhsil xidmətləri göstərən, məktəbli və tələbələrə xarici universitetlərə qəbul üçün dəstək olan şirkətdir. İldə 100-dən çox tələbəyə xidmət göstərərək onların və ailələrinin mühüm addım atdığı məqamda yanında olur və bu yolda hərtərəfli dəstək göstəririk. 

Bir çox xarici universitet və şirkətlə sıx əməkdaşlıq edir, beynəlxalq səviyyədə təmsil olunuruq. Şirkət Azərbaycanla yanaşı Qazaxstan və digər MDB ölkələrində da aktiv fəaliyyət göstərir. Şirkətin təsisçisi olan İsmayıl Qədimli bu sahədə 8 ildən çox təcrübəyə malikdir və 1000-dən çox tələbəyə bu yolda dəstək olub. Eyni zamanda sözügedən sahədə yeganə olan beynəlxalq ICEF sertifikasiyasını uğurla keçmiş mütəxəssisdir 

 

Universitetdən yeni məzun olan, iş təcrübəsi olmayan və əsas tələbləri ödəyən namizədlər müraciət edə bilər.

 

Əsas Tələblər:

- Ali təhsil;

- C1 – əla (advanced) ingilis dili biliyi; 

- yüksək səviyyədə araşdırma bacarığı;

- dürüstlük, məsuliyyət və punktuallıq;

- ofis proqramlarını yaxşı səviyyədə bilmək;

- daim öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;

Arzuolunandır (başlanğıc əmək haqqının daha yüksək olması nəzərdə tutulur):

- bu günə qədər xarici universitetləri şəxsi məqsədlər üçün araşdırma, onlara müraciət, yaxud viza və qalma yerinin axtarışında müəyyən təcrübə 

- bu sahədə iş təcrübəsi

- alman dili biliyi

 

İşin təsviri:

- tələbələrin göstəricilərinə əsasən qəbul ola biləcəyi universitetlərin araşdırılaraq tapılması;

- xarici universitetlərlə effektiv danışıqların aparılması

- universitetlə tələbələr arasında düzgün kommunikasiyanın təmin olunması;

- universitetlərlə bağlı lazımi araşdırmaların aparılması və sənəd siyahısının hazırlanması;

- motivasiya və tövsiyə məktublarının yazılma;

- universitetlərə müraciətin başlama, bitmə vaxtlarının izlənilməsi və müraciətlərin vaxtında tamamlanması;

- universitetlərə müraciət portallarında əməliyyatların düzgün və dəqiq formada aparılması;

- qəbul almış tələbələrin universitet qeydiyyatının aparılması;

- qəbul almış tələbələrin viza prosesində dəstəyin göstərilməsi.

 

Biz təklif edirik:

- işin hər mərhələsində təlim və dəstək;

- peşəkarlıq və karyera inkişafı imkanı;

- şirkət tərəfindən qarşılanan şəxsi inkişaf kurs və təlimləri;

- beynəlxalq tədbirlərdə iştirak; 

- daha təcrübəli komanda rəhbərləri ilə iş və onların peşəkar dəstəyi;

- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsinin bağlanması, sığorta və sosial müdafiə təminatı.

 

İş şərtləri:

İş saatı: həftə içi 09:00-18:00 (Şənbə günü - 09:00-14:00)

Ünvan: İsmayıl bəy Qutqaşınlı 507-511, Altes Plaza

Əməkhaqqı: 350-500 AZN (başlanğıc əməkhaqqı yuxarıda qeyd olunan arzuolunan bacarıqlara əsasən dəyişə bilər).

Bonus: Maaşın 100 %-nə qədər rüblük bonus.

 

Maraqlanan namizədlər mövzu yerində “Xaricdə təhsil üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervüyə dəvət olunacaqlar.  

Etiketlər

Paylaş: