
Çin xarici işlər nazirindən diplomatik jest!

Ötən həftələrdə yenidən xarici işlər naziri vəzifəsinə təyin olunan Wanq Yi-nin Sinqapurda qalstuk ilə diplomatik jesti sosial mediada yayılıb.
CNN TÜRK- ün xəbərinə əsasən, Uzun müddət ictimaiyyətdən uzaqlaşdıqdan sonra vəzifəsindən uzaqlaşdırılan Qin Gang-ın yerinə yenidən Çin Xarici İşlər Naziri təyin edilən Wanq Yi xaricə səfərlərini davam etdirir. Ötən həftə Çinin xarici işlər naziri Wanq Yi Cənub-Şərqi Asiya turunun ilk mərhələsi olan Sinqapura gəlib. Onun burada etdiyi diplomatik jest sosial mediada yayılıb.
Sinqapurun xarici işlər naziri, Wanq Yini qalstuksuz qarşılanca kameralar çəkiliş apararkən Çinli nazir də qalstukunu çıxarıb. Daha sonra Yinin köməkçisi Sun Weidong da qalstukunu çıxarıb. Çinli nazirin bu addımı sosial mediada müsbət qarşılanıb.
Oxşar xəbərlər

Çavuşoğlu İngiltərə XİN rəhbəri ilə Qarabağdan dan...
Son Xeberler

Azərbaycan XİN bəyanat yaydı
Son Xeberler

Bir fotonun göndərdiyi diplomatik mesaj
Son Xeberler

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərp...
KIBRIT MEDIA

Türkiyə və Azərbaycan Xarici İşlər nazirlərinin br...
Son Xeberler

Zəriflə Ayvazyan arasında telefon danışığı olub
Son Xeberler