10.08.2023 22:43
1
abunə
270
Türk müğənni Tan Taşçı yol kəzası keçirdi

Tan Taşçı Antalya konsertinə gedərkən Burdurun Bucak rayonunda yol qəzası keçirib.

Qəza zamanı Taşçının meneceri Ecmel Kayahanın idarə etdiyi 34 GPK 636 dövlət nömrə nişanlı avtomobil Bucak-Antalya şosesi Regional Trafik Müfəttişliyi yaxınlığında eyni istiqamətdə hərəkət edən Murat Bedirin idarə etdiyi 15 NK 616 nömrəli TIR ilə toqquşub.

Xəbərdarlıq üzərinə qəza yerinə 112 Təcili Tibbi Yardım, polis və xilasetmə briqadaları sövq edilib. Məşhur müğənni qəzadan sağ-salamat çıxsa da, onunla birlikdə olan digər iki nəfər isə xəstəxanaya qaldırılıb.

Hazırda Tan Taşçı-nın səhhətinde heç bir problem olmadığı bildirilib . Müğənni bu axşam konsert vermək üçün Antalyaya yollanıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine