🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Fly.az
Fly.az
4 abunə

İtaliyada gəzməli olduğunuz 6 şəhər Təcili

10.06.2020 05:56 743 baxış sayı 6 dəq. oxuma
İtaliyada gəzməli olduğunuz 6 şəhər

İtaliyaya gedib, oranın mədəniyyəti ilə bir neçə gün ərzində tanış olmaq mümkünsüzdü. Təkcə YUNESKO qeydiyyatında olan 47 heykəl, saysız-hesabsız muzeylər, Adriatik dənizinin sahilləri və təbii ki, üzüm bağları. Sizə İtaliyanın ən görməli yerlərini və şəhərlərini təqdim edirik.

Turin

İtaliyanın avtomobil paytaxtı, FIAT şirkətinin vətəni, 2006cı il qış Olimpiya oyunlarının təşkilatçı şəhəri. Turin- tarixi yerləri, muzeyləri gəzməyi sevən insanlarla yanaşı, şoppinq etməyi sevənlər üçün də əla yerdi. Burada Milanda olan bütün brend mağazalarına rast gələ bilərsiniz, sadəcə növbələrsiz və səs-küysüz. Ən əsası burada qədim xristian relikti olan- Turin kəfəni ilə tanış ola bilərsiniz.

Getməli olduğunuz yer: San-Lorenzo kilsəsi. Burada həmin kəfənin surəti ilə tanış ola bilərsiniz.

 

Venesiya

Çoxsaylı reytinqlərə görə planetin ən romantik şəhəri, Venesiya karnavalının vətəni, “Qızıl şirin” məskəni. Çoxları Venesiyaya tanış olarkən burada San-Marko meydanında göyərçinləri yemləyir, kiçik qayıqlarla suda hərəkət edir. Lakin buradakı tarixi abidələri, ustaların bazarlarını və parmezan sarayını yaddan çıxarmaq olmaz.

Getməli olduğunuz yer: San-Marko meydanı, Müqəddəs Varnava kilsəsi(İndiana Johns filminin bir hissəsi burada çəkilib), Harry’s Bar

 

Milan

Dünya dəbinin paytaxtı, brend maqazinlər və butiklərin vətəni, vitrinlərində “Saldi” yazaraq böyük endirim vəd edən mağazalar. Şoppinq həvəskarları üçün əsl cənnət məhz Milandı. Lakin Milan təkcə Gucci və Versacedən ibarət deyil. Burada siz Da Vinçinin “Sonuncu şam yeməyi” freskasına saatlarla tamaşa edə, məhşur opera səhnəsi olan La Skalaya baş çəkə bilərsiniz.

Getməli olduğunuz yer: Vittorio Emanuele II qalereyası, Monza avtodromu və butiklərlə zəngin olan “qızıl dördbucaqlı” ərazisi.

 

Roma

Romanı bir neçə günə gəzib qurtarmağı ağlınıza belə gətirməyin. Ona görə Romaya gedərkən turları əvvəldən planlaşdırmaq lazımdı. İlk dəfə üçün sizə “Roma küçələri ilə piyada” turunu məsləhət görürük. Bu tur özündə Romanın ən görməli 15 yerini cəmləşdirir.

Getməli olduğunuz yer: Əsas ticarət küçəsi olan Via del Korso, Kolizey, Romanın tarixini təqdim edən 5D “Zaman lifti” atraksion

 

Florensiya

Şəhər intibah dövrün incəsənətinin sevərləri və şərab dadından doymayanların məkanıdı. Buradakı Uffizi qaleraysı dünyanın ən zəngin qalereyalarından biri sayılır. Florensiyanın üzüm bağlarında isə daima şərabların dequstasiyası və yeni şərabların təqdimat mərasimləri keçirilir. Əgər siz bu şəhərə ilk dəfə gedirsinizsə, sizə özündə şəhərin ən gözəl yerlərini cəmləşdirən “Florensiya küçələri ilə piyada” turunu seçməyi təklif edirik.

Getməli olduğunuz yer: San-Lorenzo bazarı, Santa-Maria-de-Floriya soboru, Gilli

 

Palermo

Sicilya paytaxtında insanlar sakit şəhər həyatını sürürlər. Bura səs-küysüz, qalmaqalsız şəhərdi. Burada sakitcə şoppinq etmək, gözəl parklarda gəzərək, gördüyünüz hər bir fonta bir neçə qəpik ataraq arzularınınz həyata keçməsini diləmək sizin xatirələrinizdə uzun müddət qalacaq.

Getməli olduğunuz yer: Marionet kuklalar muzeyi, təzə balıq bazarı, Kapusinlərin katakombaları

Paylaş: