🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Fly.az
Fly.az
4 abunə

Misir ehramları

07.05.2020 07:11 640 baxış sayı 2 dəq. oxuma
Misir ehramları

Misir ehramları - Misir fironlarının sərdabələridir. Onlar Qahirənin yaxınlığında Giza şəhərinin ərazisində yerləşir.

Ehramlardan ən iriləri Əl-Gizadakı Xeops, Xefren və Mikerin ehramlarıdır ki, qədim dövrlərdə onlar dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu.

Bu ehramlar onları tikdirmiş fironların adlarını daşıyır. Ehramlar Nilin sol - qərb sahilində tikilmiş (Qərb ölülər aləmidir) və saysız-hesabsız məzarlar, ehramlar, məbədlər üzərində ucaldılmışdır. Bütün ehramlar müasir dövrümüzədək gəlib çatmışdır.

Üç ehramdan ən böyüyü Xeopsun ehramıdır (eramızdan əvvəl 27-ci əsrdə memar Xemiun tərəfindən tikilmişdir). Bu ehramın hündürlüyü əvvəllər 147 metr olmuş, lakin qum fırtınası nəticəsində azalaraq 137 metrə çatmışdır. Onun inşası üçün 2 milyon 300 min iri daş blok sərf olunmuşdur.

Bütün ehramlar dünyanın hər tərəfinə dəqiqliklə istiqamətlənmişdir. Bu, qədim misirlilərin astronomik biliklərinin yüksək səviyyədə olmasından xəbər verir.

Gedib görməyə dəyər!

Paylaş: