Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişmədi

11.06.2020 08:41 587 baxış sayı 1 dəq. oxuma
Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişmədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.


Qurumun rəsmi saytı xəbər verir ki, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Hazırda baş məşqçisi olmayan yığma 1177 xalla 114-cü pillədə qərarlaşıb.


Digər yığmaların mövqeyində də dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.


 Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) qərarlaşıb. Türkiyə millisi isə 1494 xalla 29-cu sıradadır.

C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: