İdman Xəbər
İdman Xəbər

03.07.2020 20:30

0 abunə

508

"Barselona"dan ayrılmaq istəyən Messiyə Qrizmannın reaksiyası

"Barselona"dan ayrılmaq istəyən Messiyə Qrizmannın reaksiyası

Məlum olduğu kimi, “Barselona” klubu və futbolçusu Lionel Messi arasında yeni müqavilənin danışıqları dayandırılıb.

Argentinalı futbolçu bu qərarını yorulması və “Barselona”dakı çıxışını bitirmək istəyi ilə əlaqələndirib.

Bu xəbər bütün dünya mediasında böyük ajiotaj yaradıb. Messinin komanda yoldaşı və tez-tez aralarındakı qalmaqallarla gündəmə gəldiyi Antuan Qrizmann bu məsələ ilə bağlı münasibətni bildirib.

29 yaşlı fransalı hücumçu Messinin komandada qalmasını istəyib. Belə ki, Qrizmann Messinin ona "Barselona" karyerasında kömək etməsini istədiyini bildirib.

Fransalı forvard 33 yaşlı Messinin "Barselona"da çıxış etdiyi zaman Neymara və Ansu Fatiyə göstərdiyi dəstəyi onun üçün də nümayiş etdirməsini istəyir.

Qeyd edək ki, Qrizmannın bu yay "Barselona"dan ayrılacağı ilə bağlı məlumatlar yayılıb.

Etiketlər:

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine