Bu gün Azərbaycan Premyer Liqasının aqibətinə aydınlıq gələcək B

18.06.2020 05:43 590 baxış sayı 1 dəq. oxuma
Bu gün Azərbaycan Premyer Liqasının aqibətinə aydınlıq gələcək  B

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına mayın 31-də qərar verilib. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb. 

T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: