"Formula 1": Mövsümün tam təqvimi nə vaxt açıqlanacaq?
"Formula 1" üzrə dünya çempionatında cari mövsümün qalan hissəsinin təqviminin açıqlanacağı vaxt məlum olub.
"Formula 1"in rəsmi saytına istinadən xəbər verir ki, digər yarışların tarixi iyulun 5-də start götürəcək Avstriya Qran-prisinədək elan olunacaq.
Yarışın rəhbərliyi 2020-ci ildə ümumilikdə 15 - 18 Qran-pri təşkil etməyi planlaşdırır. Mövsümə dekabrın ortalarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə yekun vurulacaq.
Qeyd edək ki, "Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub
Oxşar xəbərlər
Bakıdakı “Formula 1” yarışının vaxtı açıqlandı
İdman Xəbər
"Formula 1" rəsmisindən Azərbaycan Qran-prisi ilə...
İdman Xəbər
Millimizin oyunlarının təqvimi açıqlandı -
Son Xeberler
“Pit stop”un sökülməsinə aydınlıq gətirildi
Son Xeberler
COVİD-19 testlərinin cavabı e-təbib vasitəsilə açı...
Son Xeberler
Bakıda “Formula 1” konstruksiyaları sökülür,
Son Xeberler