
İngiltərə liqasında daha 6 nəfərdə koronavirus aşkarlandı

İngiltərə Futbol Liqası (EFL) yeni koronavirus testlərinin nəticələrini açıqlayıb.
EFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, testdən Çempionşipdəki 24 klubun 1192 nümayəndəsi keçib. Onlardan 6-da nəticə müsbət olub. Adları açıqlanmayan həmin şəxslərin hamısı özlərini təcrid edib.
Çempionşipdə 108 oyun və 3 - 7-ci yerləri tutacaq komandalar arasında ənənəvi pley-off qarşılaşmaları qalıb. Görüşlər azarkeşsiz keçiriləcək. Mövsüm iyunun 20-də bərpa olunacaq.
Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqasında yoxlamaların 7-ci dalğası gerçəkləşib. Bütün futbolçular və klub nümayəndələrinin iştirak etdikləri testlərin nəticəsində yalnız 1 müsbət hal üzə çıxıb.
Oxşar xəbərlər

İngiltərə liqasında daha 8 nəfərdə koronavirus aşk...
İdman Xəbər

Daha 338 nəfərdə koronavirus aşkarlandı - 6 xəstə...
Son Xeberler

Koronavirusla bağlı
Son Xeberler

Çempionlar Liqası: 1/4 finalın püşkatma vaxtı bili...
İdman Xəbər

Koronavirusla bağlı son
Son Xeberler

Dünyada koronavirusdan sağalanların sayı 20 milyon...
Son Xeberler