"Liverpul" darmadağın oldu
İngiltərə Premyer Liqasında 32-ci tura yekun vurulub.
Son oyun günündə iki görüş keçirilib. "Şeffild Yunayted"in qonağı olan "Tottenhem" 1:3 hesabı ilə uduzub. Ötən tur çempionluğunu rəsmiləşdirən "Liverpul" isə 2-ci pillədə qərarlaşan "Mançester Siti"nin qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.
"Şeffild Yunayted" - "Tottenhem" - 3:1
Qollar: Berge, 31 (1:0), Mouset, 69 (2:0), McBurnie, 84 (3:0), Keyn, 90 (3:1)
"Mançester Siti" – "Liverpul" - 4:0
Qollar: De Breyne, 25-pen. Sterlinq, 35. Foden, 45. Oksleyd-Çemberleyn, 66-avtoqol.
Bu nəticələrdən sonra "Şeffild Yunayted" xalını 47-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. "Tottenhem" 44 xalla 9-cudur. "Mançester Siti" 66 xalla 2-cidir. "Şəhərlilər" "Liverpul"dan 20 xal geri qalır.
Oxşar xəbərlər
“Liverpul” rəqibinə 7 cavabsız qolla qalib gəldi
Son Xeberler
"Liverpul" aşağı liqa klubunu darmadağın etdi
İdman Xəbər
"Liverpul" Ulduzu "Real"ın Marağına Qarşı Nə Deyib...
Son Xeberler
"Real" mövsümün sonunu gözləmədi - Ulduz futbolçu...
Bugun.az
“Barselona” qalib gəldi, “Atletiko” evdə məğlub ol...
Bugun.az
"Liverpul" "Real"ın ulduzu üçün sərvət təklif etd...
Bugun.az