Maradonanın cəsədindən DNT testi götürüləcək
Əfsanəvi futbolçu Dieqo Maradonanın cəsədindən DNT testi üçün nümunə götürüləcək.
Bu barədə Argentina məhkəməsi qərar verib.
Maradonanın ölümündən sonra qohumları və dostları arasında miras davası çıxıb. Sabiq baş məşqçinin yalnız 5 rəsmi övladının olmasına baxmayaraq, onun övladı olduğunu bildirən bir neçə nəfər DNT testi üçün müraciət edib. Son olaraq 25 yaşlı Maqali Gil onun qızı olduğunu iddia edib.
Daha əvvəl vəkili Maradonadan DNT nümunələrinin götürüldüyünü söyləsə də, məhkəmə əfsanəvi futbolçunun cəsədinin yaxın vaxtlarda yandırılmaması barədə qərar verib.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında evində ürək çatışmazlığından vəfat edib.(Apasport)
Oxşar xəbərlər
Maradonanın tabutunu açıb bunu etdilər, ölkə qarış...
Son Xeberler
Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı
Son Xeberler
Maradonanın həkiminə cinayət işi açıldı
Son Xeberler
Maradonanın son mesajı yayımlandı
Son Xeberler
Maradonanın ölüm səbəbi məlum oldu
Son Xeberler
İzmirdə 124 bina söküləcək
Son Xeberler