Messi "Barselona" ilə müqaviləsini uzadacaq

17.06.2020 12:55 595 baxış sayı 1 dəq. oxuma
Messi "Barselona" ilə müqaviləsini uzadacaq

İspaniya "Barselona"sı yaxın vaxtlarda komandanın kapitanı Lionel Messi ilə müqavilənin bütün detallarını razılaşdıracaq. 

33 yaşlı argentinalı hücumçunun yeni sözləşməsi 2023-cü ilə qədər hesablanacaq, amma 1+1 sxeminə əsasən bağlanacaq. Yəni, müqavilənin bitməsinə bir il qalmış Messi gələcəyini müəyyənləşdirəcək. 

Qeyd edək ki, Lionel Messinin hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatacaq. Ulduz futbolçu 2000-ci ildə Kataloniya təmsilçisinin akademiyasına qoşulub və 2003-cü ildən əsas komandada çıxış edir.

L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: