🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Millinin sabiq futbolçusu baş hakimi xəstəxanalıq etdi - VİDEO

11.08.2020 09:18 385 baxış sayı 3 dəq. oxuma
Millinin sabiq futbolçusu baş hakimi xəstəxanalıq etdi -

Rusiyanın paytaxtı Moskvada keçirilən həvəskar futbol komandaları arasında “Selebriti Kuboku” turnirində baş hakim xəstəxanalıq olub.

“Amkal” futbol klubunun təşkil etdiyi turnirdə “Matç TV” və “Niçeqo Obıçnoqo” komandaları qarşılaşıb.

“Matç TV”nin heyətində Rusiya millisinin sabiq futbolçuları – Andrey Tixonov və Roman Şirokov kimi veteranlar oynayıb. Epizodlardan birində Şirokov penalti nöqtəsində yıxılsa da, hakim oyunu davam etdirib. Üstəlik, baş hakim Nikita Dançenko Romana birbaşa qırmızı vərəqə göstərib (böyük ehtimalla, söyüşə görə).

Bundan sonra 39 yaşlı Roman Şirokov hakimi bir zərbə ilə xəstəxanalıq edib. Oyun dayandırılıb, hakim xəstəxanaya aparılıb.

Zərərçəkmiş dörd saatdan çox xəstəxanada müalicə aldığını və Şirokovdan polisə şikayət edəcəyini bildirib.

Roman Şirokov isə “Instagram” hesabında Nikita Dançenkodan və turnirin təşkilatçılarından üzr istəyib.

 

Paylaş: