🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

Mixael Şumaxer yenidən əməliyyat olunacaq

10.06.2020 13:27 420 baxış sayı 2 dəq. oxuma
Mixael Şumaxer yenidən əməliyyat olunacaq

Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat olunacaq.


Bu barədə daha əvvəl əfsanəvi pilotun müalicəsi ilə məşğul olan ürək cərrahı Filipp Menaşe "Contro Copertina" nəşrinə açıqlamasında bildirib.


Həkim deyib ki, Şumaxerin ürək toxumasına kök hüceyrələrini köçürmək üçün eksperimental əməliyyat aparılacaq. O bildirib ki, əsas məqsəd 51 yaşlı keçmiş pilotun sinir sistemini bərpa etməkdir.


Neyrocərrah Nikola Akkyari isə Şumaxerin əzələ atrofiyası və osteoporozdan əziyyət çəkdiyini söyləyib: "Son 20 ildə elm kök hüceyrə müalicəsində irəliyə doğru böyük addım atıb. Amma bu, hələ də insan beyni haqqında az bilməyimiz reallığını dəyişdirmir. Əməliyyatın nəticəsinin necə olacağını indidən demək çətindir".


Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Paylaş: