Nazirdən MDB Oyunlarının taleyi barədə son AÇIQLAMA

13.08.2020 16:09 507 baxış sayı 2 dəq. oxuma
Nazirdən MDB Oyunlarının taleyi barədə son

Tatarıstanın paytaxtı Kazanda keçiriləcək I MDB Oyunlarının bu il keçiriləcəyi hələ ki bilinmir.

Tatarıstanın İdman naziri Vladimir Leonov bu ilin payızında Kazanda keçirilməsi planlaşdırılan yarışla bağlı fikirlərini bildirib:

“Təşkilat Komitəsi kimi biz MDB Oyunlarını qəbul etməyə hazırıq. Ancaq siyasi arenada baş verən hadisələr, viza problemləri, aviareyslərin bağlı olması və s. məsələr var... Bu səbəbdən tam şəkildə komanda yığmaq çətindir.

Hələ ki heç kim rəsmi şəkildə turnirin ləğvi və ya təxirə salınması barədə heç nə demir. Ancaq indiki situasiya yaxşı deyil”.

Qeyd edək ki, Azərbaycanın da təmsil olunacağı MDB Oyunları avqustun sonlarında keçirilməli idi. Lakin sonra yarış sentyabrın sonlarına, daha sonra oktyabrın əvvəllərinə təxirə salınıb.

L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: