"Neftçi" Baqali Dabo ilə bağlı sanksiya verdi
"Neftçi" klubunun rəhbərliyi futbolçu Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb.
Klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi” ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməz hesab edilib.
Ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb.
Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.
Oxşar xəbərlər
Prezidentdən Neftçilər günü ilə bağlı paylaşım -
Son Xeberler
Litvadan sonra Estoniya da İvanişviliyə sanksiya t...
Bugun.az
Dövlət Neft Fondunda yüksək vəzifəyə yeni
Son Xeberler
“Neftçi” “Qəbələ”ni məğlub etdi
İdman Xəbər
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazı...
Son Xeberler
Azərbaycanda yüksək vəzifəli məmura ağır itki üz v...
Son Xeberler