
“Neftçi”də yeni məşqçi təyinatı

"Neftçi” futbol klubunun məşqçilər korpusunda yeni təyinat olub.
Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.
Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandamızın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Neftçi”də yeni məşqçi
İdman Xəbər

“Sabah”da yeni təyinatlar oldu
İdman Xəbər

“Neftçi” məşqçisi ilə vidalaşdı
Son Xeberler

"Fənərbaxça"da yeni baş məşqçi
İdman Xəbər

“Barselona” yeni baş məşqçisinin adını açıqladı -
İdman Xəbər

“Neftçi” “Qəbələ”ni məğlub etdi
İdman Xəbər



